Braziliya və Türkiyə milliləri mübarizəyə başlayır
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında daha dörd oyun keçiriləcək.
Ajans.az xəbər verir ki, B qrupunun ikinci matçında Qətər İsveçrə ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
C qrupunun Braziliya - Mərakeş görüşü saat 02:00-da, Haiti - Şotlandiya dueli saat 05:00-da başlayacaq.
Nəhayət, saat 08:00-da D qrupunun Avstraliya - Türkiyə oyununa start veriləcək.
Mövzular: