Reklam resmi
Reklam resmi

Kadırovun oğluna “Çeçenistan Respublikasının Qəhrəmanı” adı verilib

Kadırovun oğluna “Çeçenistan Respublikasının Qəhrəmanı” adı verilib
Dünya

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 18 yaşlı Adam Kadırov “Çeçenistan Respublikasının Qəhrəmanı” adına layiq görülüb.

Ajans.az xəbər verir ki, bu barədə TASS agentliyi Çeçenistan hökumətinin sədri Maqomed Daudova istinadən məlumat yayıb.

Məlumata görə, mükafat ona region rəhbəri Ramzan Kadırov tərəfindən təqdim edilib.

Daudov bildirib ki, bu təltif Adam Kadırovun “vətənpərvərliyi, məsuliyyəti və dövlətə sədaqətinin” qiymətləndirilməsi kimi təqdim olunur. Onun sözlərinə görə, gənc Kadırov “öz fəaliyyəti ilə Vətənə xidmət prinsiplərinə sadiqliyini nümayiş etdirir”.

Qeyd olunub ki, mükafat Çeçenistan rəhbərinin fərmanı ilə dövlətə xidmət, xalqa dəstək və Rusiya Günü münasibətilə verilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çeçenistan Ramzan Kadırov

Digər Xəbərlər