Omar Artan ABŞ-yə buraxılmadı
2026-cı il futbol üzrə dünya çempionatı üçün müəyyənləşdirilmiş 52 hakimdən ibarət siyahıya daxil edilən somalili referi Omar Artanın ABŞ-yə girişinə səbəb göstərilmədən icazə verilməyib.
Ajans.az bu barədə "The Daily Somalia" nəşrinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, hakim ABŞ-yə diplomatik pasportla daxil olmağı planlaşdırırmış. O, Mayami hava limanına çatdıqdan sonra İstanbula geri göndərilib.
Mövzular: