Reklam resmi
Reklam resmi

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət

Sabah Bakının Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işlərinə başlanılacaq.  

Bu barədə Ajans.az-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, aparılan işlərlə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti görülən işlərin gedişindən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.

Qeyd olunub ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə qalacaq.

Mövzular:
küçə yol nəqliyyat təmir

Digər Xəbərlər