Reklam resmi
Reklam resmi

İbrahim Tatlıses ÖLDÜ?

İbrahim Tatlıses ÖLDÜ?
Dünya

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin vəfat etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar həqiqəti əks etdirmir.

Ajans.az xəbər verir ki, son günlər müxtəlif sosial media platformalarında sənətçinin öldüyü barədə məlumatlar geniş yayılıb və bu, pərəstişkarları arasında narahatlığa səbəb olub. Lakin nə rəsmi qurumlar, nə müalicə aldığı tibb müəssisəsi, nə də sənətçinin yaxın ətrafı bu məlumatları təsdiqləyib.

Məlumata görə, İbrahim Tatlısəs bir müddət əvvəl ağır infeksiya səbəbindən təcili olaraq xəstəxanaya yerləşdirilib. Aparılan müayinələr zamanı onun öd kisəsində ciddi problem aşkarlanıb və sənətçi əməliyyat olunub.

Müalicə prosesindən sonra Tatlısəs xəstəxanadan evə buraxılıb və hazırda reabilitasiya mərhələsindədir. Onun vəziyyətinin nəzarət altında olduğu bildirilir.

Beləliklə, sosial şəbəkələrdə yayılan İbrahim Tatlısəsin vəfat etməsi ilə bağlı məlumatların əsassız olduğu vurğulanır.

author picture
Leyla Bayandurlu
Mövzular:
İbrahim Tatlıses Türkiyə

Digər Xəbərlər