Reklam resmi
Reklam resmi

Minifutbol üzrə millimiz ikiqat Avropa çempionu oldu

Minifutbol üzrə millimiz ikiqat Avropa çempionu oldu
İdman

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxıb.

Ajans.az xəbər verir ki, komandamız Ukrayna seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürüb.

Millimiz oyuna qolla başlayıb. Mirmehdi Rzayevin qoluyla komandamız hesabda 1:0 önə keçib.

Görüşün son dəqiqələrində risk alan Ukrayna millisi qapıçını ön xətt oyunçusu ilə əvəzləyib. Boşluqdan istifadə edən mini futbolçularımız hesab arasındakı fərqi 2-yə çatdırıb. Oyunda başqa qol olmayıb: 2:0.

Bu nəticəylə minifutbol üzrə milli komandamız dünya çempionluğunun ardınca Avropa çempionluğunu da rəsmiləşdirib.

Mövzular:
Minifutbol Azərbaycan millisi Avropa çempionatı yarımfinal

Digər Xəbərlər