Zaviyə şəhəri sahillərində silahlı toqquşma baş verib
Liviyanın qərbindəki Zaviyə şəhəri sahillərində Aralıq dənizində rəqib qruplar arasında silahlı toqquşma yaşanıb.
Ajans.az xəbər verir ki, bu barədə “Asharq al-Awsat” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Məhəmməd Bəhrunun komandanlığı altında olan Təhlükəsizlik Təhdidi Xidmətinin bölmələri ilə əlaqəli qayıqlar və Liviya Prezident Şurasının Baş Qərargahı tabeliyindəki sahil mühafizəsi bölmələri arasında atışma baş verir.
Toqquşmaların səbəbi və ya mümkün itkilər barədə hələlik rəsmi məlumat yoxdur.
Mövzular: