Serbiya Prezidenti Aleksandr Vuçiç Çinə səfəri zamanı yaxın vaxtlarda istefa verə biləcəyini bildirib.
Ajans.az xəbər verir ki, Vuçiç jurnalistlərə açıqlamasında “Tezliklə istefa verə bilərəm” deyə qeyd edib.
Prezident əlavə edib ki, o, Serbiyanın keçmiş prezidenti Boris Tadiç kimi vaxtından əvvəl istefa verməyi planlaşdırmır. Vuçiçin sözlərinə görə, hazırda bu məsələ ilə bağlı konkret qərar verilməyib.