Reklam resmi
Reklam resmi

Türkiyədə müxalifət partiyasının liderini İŞDƏN ÇIXARDILAR

Türkiyədə müxalifət partiyasının liderini İŞDƏN ÇIXARDILAR
Dünya

Türkiyə məhkəməsi müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özelin vəzifədən uzaqlaşdırılması və onun yerinə Kamal Kılıçdaroğlunun təyin edilməsi barədə qərar qəbul edib.

Ajans.az xəbər verir ki, bu barədə Bloomberg partiyanın sədr müavini Gül Çiftçiyə istinadən məlumat yayıb.

Məlumata görə, Ankara Apellyasiya Məhkəməsi 2023-cü ildə keçirilən CHP qurultayının nəticələrini ləğv edib. Qərar Özgür Özelin partiya sədri seçilməsini də qüvvədən salır.

Qərarın elan olunmasından sonra Borsa İstanbul 100 indeksində 6,1% ucuzlaşma qeydə alınıb. Eyni zamanda, dövlət banklarının lirəni sabit saxlamaq üçün əvvəlki gün təxminən 6 milyard dollar həcmində müdaxilə etdiyi bildirilir.

Qeyd edək ki, 2 mayda “BirGün” qəzeti Türkiyə Bələdiyyələr Birliyinin Ankarada keçirilən iclasında həbsdə olan keçmiş İstanbul meri Əkrəm İmamoğlunun məktubunun oxunması ilə bağlı siyasətçilər arasında gərginlik yaşandığını yazmışdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Cümhuriyyət Xalq Partiyası Özgür Özelin

Digər Xəbərlər