Dümfris "Liverpul"a transfer olunur
"İnter"in niderlandlı müdafiəçisi Denzel Dümfris karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Ajans.az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, "Liverpul" niderlandlı futbolçunu bu yay heyətinə qatmaq niyyətindədir. Mənbə sözügedən oyunçunun müqaviləsindəki təzminat məbləğini də açıqlayıb - 25 milyon avro.
Mövzular: