Karateçimiz Avropa çempionu olub
Rumıniyada keçirilən Fudokan karate üslubu üzrə 28-ci Avropa çempionatında Azərbaycan karateçisi Babək Qələmzadə böyüklər arasında mütləq çəki dərəcəsində Avropa çempionu adını qazanıb.
Ajans.az xəbər verir ki, idmançılarımız mötəbər yarışda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edirlər. Komandamız Fudokan üzrə nümayəndə Vüsal Abdullazadə və baş məşqçi Bəşir Mahmudovun rəhbərliyi altında çıxış edir.
Mövzular: