Ajans.az Famous Campaigns-ə istinadən xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri ənənəvi geyimi ilə yanaşı ağ rəngli Nike idman ayaqqabıları ilə görüntülənib. Bu qeyri-adi kombinasiya istifadəçilərin diqqətini xüsusilə cəlb edib.
Çikaqoda anadan olan Papa Leo XIV-ün ayaqqabı seçimi sosial mediada sürətlə yayılıb. İstifadəçilər görüntüləri paylaşaraq bu üslubu müzakirə edib, bəziləri isə onu Jude Law-un rol aldığı “Gənc Papa” serialındakı obrazla müqayisə ediblər.
Bundan əvvəl isə ABŞ prezidenti Donald Trampın Papa Leo XIV-lə İranla bağlı mümkün münaqişəni müzakirə etdiyi barədə məlumatlar yayılmışdı. Ağ Ev rəsmisinin sözlərinə görə, İranın nüvə silahı əldə etməsi milyonlarla insan üçün təhlükə yarada bilər.