"Qalatasaray" məğlub oldu
Bu gün futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu baş tutub.
Ajans.az xəbər verir ki, mərhələnin ikinci qarşılaşmasında "Qalatasaray" "Rams Park"da "Gənclərbirliyi" ilə üz-üzə gəlib.
Həftəsonu Super Liqa çərçivəsində rəqibini 2:1 məğlub edən "cim-bom" bu dəfə Ankara təmsilçisinə "diş keçirə" bilməyib.
Qonaqlar 2:0-lıq qələbə ilə "Qalatasaray"ı kubokdan kənarda qoyublar.
Mövzular: