Reklam resmi
Reklam resmi

"Sabah" "Qarabağ"ı MƏĞLUB ETDİ

\"Sabah\" \"Qarabağ\"ı MƏĞLUB ETDİ
İdman

Bu gün Azərbaycan kubokunda 1/2 finalın daha bir cavab matçı keçirilib.

Ajans.az xəbər verir ki, bununla da ikinci finalçının adı məlum olub.

"Sabah" öz meydanında "Qarabağ"la qarşılaşıb. Matç "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, matçın 36-cı dəqiqəsində Ağdam təmsilçisinin qapıçısı Mateus Koxalski "Sabah"ın futbolçusu Velko Simiçə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alıb və komanda azlıqda mübarizə aparmalı olub.

Mövzular:
qarabağ sabah

Digər Xəbərlər