Keçmiş futbolçu qəzada öldü
"Yuventus" klubunun və Avstriya milli komandasının keçmiş qapıçısı Aleksandr Manninger 48 yaşında həlak olub.
Ajans.az xəbər verir ki, futbolçunun avtomobili Zaltsburqda dəmiryol keçidində qatarın altında qalıb.
A.Manninger ağır xəsarətlər alıb, hadisə yerinə gələn təcili xidmət orqanlarının əməkdaşları idmançıya ilkin tibbi yardım göstəriblər, lakin onun həyatını xilas ermək mümkün olmayıb.
Mövzular: