443 metr yüksəklikdə evlilik təklifi
ABŞ-nin Nyu-York şəhərində bir cütlük üzərində "Sevginin gücü,güc sevgisini məğlub etdikdə, dünya sülhü tanıyacaq" sözləri yazılmış bayraqla Empire State Building göydələninin zirvəsinə qalxıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki , zirvədə olarkən gənc oğlan sevgilisinə evlilik təklifi edib və qız onun təklifini qəbul edib.
Empire State Building 443,2 metr hündürlüyündə, 102 mərtəbədən ibarət məşhur ofis göydələnidir.
Binanın qülləsinə qalxan şəxslərin Rusiya vətəndaşları olduğu bildirilir. Onlar daha sonra aşağı enərək hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Mövzular: