Reklam resmi
Reklam resmi

Ceyhun Salmanova hökm oxundu- Şərti CƏZA VERİLDİ

Ceyhun Salmanova hökm oxundu- Şərti CƏZA VERİLDİ
Kriminal

“Qurtuluş” Reabilitasiya Mərkəzinin qanunsuz azadlıqdan məhrumetmə cinayətində ittiham olunan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşının məhkəmə araşdırması başa çatıb.

Ajans.az  xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Ceyhun Salmanov, Elşən Məhərrəmov və Natiq Əliyev verilmiş ittihamlarla təqsirli biliniblər.

Onlara 3 il 6 aya kimi azadlıqdan məhrum etmə cəzası təyin edilib. Lakin hər birinin cəzası şərti hesab edilib.

Üçü də məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə daha əvvəl adam oğurluğu və əzab vermə maddələri ilə də ittiham verilmişdi. Lakin yekunda prokurorun qərarı ilə həmin ittihamlara xitam verilib./Qafqazinfo

Mövzular:
məhkəm qurtuluş reablitasiya Ceyhun Salmanov

Digər Xəbərlər