Reklam resmi
Reklam resmi

Dünya kubokunda bu milli təhqirlərlə bağlı bəyanat YAYDI

Dünya kubokunda bu milli təhqirlərlə bağlı bəyanat YAYDI
Kriminal

Hollandiya milli komandası 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Mərakeşə məğlub olduqdan sonra futbolçularına qarşı edilən irqçi təhqirlərlə bağlı bəyanat yayıb.

Ajans.az xəbər verir ki, bu barədə Hollandiya Kral Futbol Assosiasiyası (KNVB) rəsmi Instagram hesabında məlumat yayıb.

Assosiasiyanın bəyanatında bildirilib ki, komandanın turnirdən kənarlaşmasından sonra futbolçular sosial şəbəkələrdə irqçi və ayrı-seçkilik xarakterli təhqirlərə məruz qalıblar.

"Komandanın turnirdən kənarlaşdırılmasından sonra oyunçulara qarşı irqçi və ayrı-seçkilik xarakterli təhqirlərin yer aldığı paylaşımlar gördük. Biz bu cür davranışı qətiyyətlə pisləyirik. İrqçiliyin və ayrı-seçkiliyin futbolda yeri yoxdur", – deyə KNVB-nin açıqlamasında vurğulanıb.

Hollandiya yığması Mərakeşə penaltilər seriyasında məğlub olub. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilərdə isə Mərakeş 3:2 hesabı ilə üstün olub.

Hollandiya millisinin heyətində Castin Kluivert, Kvinten Timber və Krisensio Summervil penalti zərbələrini dəqiq yerinə yetirə bilməyiblər.

Qələbə qazanan Mərakeş yığması 1/8 finalda Kanada ilə üz-üzə gələcək. Görüş iyulun 4-də keçiriləcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hollandiya Dünya kuboku

Digər Xəbərlər