Reklam resmi
Reklam resmi

Bu marşrutların hərəkət sxemi DƏYİŞİR

Bu marşrutların hərəkət sxemi DƏYİŞİR
Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.  

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələrindən təşkil olunur.

Mövzular:
Avtobus marşrut ayna sxem

Digər Xəbərlər