Reklam resmi
Reklam resmi

"Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq" mövzusunda panel müzakirəsi keçirilib 

\"Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq\" mövzusunda panel müzakirəsi keçirilib 
Gündəm

İyunun 30-da “Birinci Türkoloji Qurultay: yüz ilin elmi vǝ mǝdǝni irsi” mövzusunda beynǝlxalq konqres çərçivəsində "Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq" mövzusuna panel müzakirəsi təşkil olunub.

Ajans.az xəbər verir ki, AMEA Rəyasət Heyətinin binasında (İsmailiyyə binası) keçirilən panel AMEA Nǝsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Mǝmmǝdlinin moderatorluğu ilə gerçəkləşib.

Paneldə Qırğız Respublikası Milli Elmlǝr Akademiyasının Ç.Aytmatov adına Ədǝbiyyat İnstitutunun direktoru akademik Abdilacan Axmataliyev, İstanbul Universitetinin professoru Osman Fikri Sertkaya, Nǝsimi adına Dilçilik İnstitutu Türk dillǝri şöbǝsinin baş elmi işçisi Qǝtibǝ Quliyeva, Türkiyənin Ardahan Universitetinin rektoru professor Öztürk Emiroğlu, Qırğızıstan-Türkiyǝ Manas Universiteti Türk Dünyası Strateji Araşdırmalar Mǝrkǝzinin direktoru professor Süleyman Barbaros Yalçın, Beynǝlxalq Vizyon Universiteti Balkan Araşdırmaları İnstitutunun əməkdaşı dosent Atilla Yorma Tapani çıxış ediblər.

Türk dünaysının elmi qurumları arasında inteqrasiyanın əhəmiyyəti vurğulanıb, bu istiqamətdə həyata keçirilən işlərdən söz açılıb.

Mövzular:
"Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq" panel müzakirə amea

Digər Xəbərlər