Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı - Foto
MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyiti tapılıb.
Ajans.az xəbər verir ki, hadisə dünən saat 19 radələrində Şıx çimərliyində baş verib.
Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlilinin meyiti tapılıb.
Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. \ Qafqazinfo
Mövzular: