Ağdərədəki qəzada xəsarət alanların adları açıqlanıb
Ağdərə rayonunun Vəngli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Ajans.az xəbər verir ki, xəsarət alanlar 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu və 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızıdır.
Faktla bağlı araşdırma aparılır.(apa)
Mövzular: