Nazir komandiri vəzifəsindən azad etdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri işdən azad olunub.
Ajans.az qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Alayının komandiri polkovnik Vüqar Məhərrəmov tutduğu vəzifəsindən azad edilib.
Onun yerinə Süleyman Hüseynov gətirilib.
Nazir bununla bağlı bir müddət əvvəl əmrlər imzalayıb.
Mövzular: