Reklam resmi
Reklam resmi

Almaniya Belarusla sərhədə qoşun yeridib

Almaniya Belarusla sərhədə qoşun yeridib
Dünya

Almaniya NATO-nun şərq cinahının gücləndirilməsi məqsədilə Litvada yerləşdirilən hərbçilərinin sayını artıraraq Belarus sərhədi yaxınlığına ümumilikdə 5 minə yaxın əsgər göndərib.

Ajans.az xəbər verir ki, hazırda 1,8 min alman hərbçisi Belarus sərhədindən təxminən 20 kilometr məsafədə təlimlərdə iştirak edir.

Litvanın müdafiə nazirliyindən bildirilib ki, Almaniya briqadasının ölkədə daimi yerləşdirilməsi planı qrafikdən daha sürətlə icra olunur və 2027-ci ilədək iki batalyonun tam döyüş hazırlığında olması gözlənilir. Bundesver isə briqadanın komplektləşdirilməsi üçün könüllü xidmət prinsipi ilə yanaşı, zərurət yaranacağı halda məcburi tədbirlərin də istisna edilmədiyini açıqlayıb.

Mövzular:
Almaniya Belarus sərhəd

Digər Xəbərlər