Britaniya Baş naziri İSTEFA VERDİ
Böyük Britaniyanın Baş naziri Keir Starmer Leyborist Partiyasının lideri vəzifəsindən istefa vermək qərarını açıqlayıb.
Ajans.az Sky News-a istinadən xəbər verir ki, siyasətçi bu barədə Dauninq-stritdə etdiyi çıxış zamanı bildirib.
Starmer çıxışında verdiyi qərarın ölkənin maraqlarını hər zaman üstün tutmaq məqsədi daşıdığını vurğulayıb.
"Mən verdiyim hər bir qərarda sevdiyim ölkənin maraqlarını birinci yerə qoymuşam. Məhz buna görə də Leyborist Partiyasının lideri vəzifəsindən istefa verirəm", – deyə o bildirib.
Mövzular: