26 yaşlı kişi kanalda BATDI
Yevlax rayonunda 26 yaşlı kişi kanalda boğulub.
Ajans.az xəbər verir ki, hadisə bu gün rayonun Malbinəsi kəndi ərazisində baş verib.
Rayonun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirov Yuxarı Qarabağ su kanalında çimərkən batıb.
Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib, hazırda axtarışlar davam etdirilir.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)
Mövzular: