Reklam resmi
Reklam resmi

Fransada Ukrayna üçün PUA edən zavoda HÜCUM

Fransada Ukrayna üçün PUA edən zavoda HÜCUM
Dünya

Fransanın cənub-qərbində Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatları istehsal edən Delair zavoduna hücum edilib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxslər müəssisəyə Molotov kokteylləri atıblar. Təhlükəsizlik kameralarının görüntülərində hücumçuların zavodun binasına yandırıcı maddə atdığı əks olunub. Lakin kokteyllərdən biri partlamadığından müəssisəyə ciddi ziyan dəyməyib.

Hadisədən bir neçə gün sonra Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları zavodun yaxınlığında şübhəli şəxsi saxlayıblar. İstintaqın məlumatına görə, həmin şəxs şirkətin dron prototiplərini gizli şəkildə lentə alıb.

Prokurorluq saxlanılan şəxsin Belarus vətəndaşı olduğunu açıqlayıb. İddia olunur ki, o, əldə etdiyi görüntüləri Rusiyada olan başqa bir şəxsə göndərib. Bu səbəbdən ona qarşı casusluq şübhəsi ilə araşdırma aparılır.

Hazırda şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Hadisə ilə bağlı istintaq davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa Ukrayna PUA

Digər Xəbərlər