Reklam resmi
Reklam resmi

Portuqaliya Konqo ilə heç-heçə edib - DÇ-2026

Portuqaliya Konqo ilə heç-heçə edib - DÇ-2026
İdman

Futbol üzrə dünya çempionatında Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb.

Ajans.az xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib - 1:1.

Avropalıların heyətində Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.

Portuqaliya millisində Kriştianu Ronaldu oyunun əvvəlindən sonuna qədər meydanda olub və heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.

Mövzular:
portuqaliya konqo dç-2026

Digər Xəbərlər