Reklam resmi
Reklam resmi

Dünya Kubokunun qəhrəmanı oldu: Bir oyundan sonra 10 milyon izləyici qazandı

Dünya Kubokunun qəhrəmanı oldu: Bir oyundan sonra 10 milyon izləyici qazandı
Dünya

Kabo-Verde millisinin qapıçısı Vozinya Dünya Kubokunda göstərdiyi möhtəşəm performansla gündəmə çevrilib.

Ajans.az xəbər verir ki, təcrübəli qolkiper İspaniya yığmasına qarşı keçirilən qarşılaşmada yeddi təhlükəli zərbənin qarşısını alaraq komandasının vacib heç-heçə qazanmasında əsas rol oynayıb. Onun inamlı oyunu futbolsevərlərin və sosial media istifadəçilərinin böyük marağına səbəb olub.

Mətbuatda yayılan məlumata görə, Vozinya matçdan sonra cəmi bir gün ərzində İnstaqram hesabında 10 milyondan çox yeni izləyici qazanıb. Bu göstərici Dünya Kubokunun ən diqqətçəkən sosial media hadisələrindən biri kimi qiymətləndirilir.

Futbol azarkeşləri qapıçının çıxışını turnirin ən yaddaqalan fərdi performanslarından biri adlandırır, bir çoxları isə onu matçın əsas qəhrəmanı hesab edir.

Qeyd edək ki, Kabo-Verde millisi İspaniya ilə oyunda məhz Vozinyanın uğurlu seyvləri sayəsində xal qazanmağı bacarıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kabo-Verde millisi Vozinya Dünya Kuboku

Digər Xəbərlər