Reklam resmi
Reklam resmi

İordaniyanı 3:1 hesabı ilə məğlub etdi - DÇ-2026

İordaniyanı 3:1 hesabı ilə məğlub etdi - DÇ-2026
İdman

Avstriya İordaniyanı 3:1 hesabı ilə məğlub etdi.

Ajans.az xəbər verir ki, 28 ildən sonra Dünya Kubokuna qayıdan Avstriya turnuvaya qələbə ilə başlayıb. Komanda mundialda ilk oyununa çıxan İordaniyanı 3:1 hesabı ilə məğlub edib.

2026-cı il FIFA Dünya Kubokunun J qrupunda Avstriya və İordaniya milliləri qarşılaşıb.

San-Fransisko Bey Eriya stadionunda keçirilən oyunun ilk hissəsi Avstriyanın üstünlüyü ilə başa çatıb. Matçın 21-ci dəqiqəsində Şmidin vurduğu gözəl qol hesabı açıb və komandası fasiləyə 1:0 hesabı ilə yollanıb.

İordaniya 50-ci dəqiqədə Olvanın qolu ilə hesabı bərabərləşdirib. Bu qol həm də İordaniya millisinin Dünya Kubokları tarixində ilk qolu olub.

67-ci dəqiqədə Arnautoviç fərqlənsə də, onun qolu əllə oyun səbəbindən ləğv edilib.

76-cı dəqiqədə Əl-Ərəb topu öz qapısından keçirərək Avstriyanı yenidən hesabda önə çıxarıb.

Ralf Ranqnikin komandası matçın son dəqiqələrində penalti qazanıb. Arnautoviç 90+12-ci dəqiqədə dəqiq zərbə ilə hesab arasındakı fərqi artırıb.

Beləliklə, Avstriya oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.

Avstriya qrupdakı növbəti oyununu iyunun 22-də Argentina millisinə qarşı keçirəcək. İordaniya isə iyunun 23-də Əlcəzairlə üz-üzə gələcək.

Mövzular:
Avstriya İordaniya FIFA Dünya Kuboku DÇ-2026

Digər Xəbərlər