Reklam resmi
Reklam resmi

Ermənistan parlamentinin sədri evlənir

Ermənistan parlamentinin sədri evlənir
Dünya

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan və Anelya Qubryan rəsmi nikah qeydiyyatı üçün ərizə təqdim ediblər.

Ajans.az xəbər verir ki, Alen Simonyan bununla bağlı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Parlament sədri videoya yazdığı şərhdə "Və biz də eyni ərizəni təqdim etdik" ifadələrini işlədib.

Paylaşım qısa müddətdə sosial şəbəkələrdə maraqla qarşılanıb və çoxsaylı təbrik mesajları alıb.

Qeyd edək ki, Alen Simonyan 2021-ci ildən Ermənistan Milli Məclisinin sədri vəzifəsində çalışır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Alen Simonyan Anelya Qubryan

Digər Xəbərlər