Paşinyana görə Ermənistan parlamentinin iclası DAYANDI
Dünya
Ermənistan Milli Məclisinin iyunun 16-da keçirilən iclası fasilədən əvvəl dayandırılıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, iclasın dayandırılmasına səbəb baş nazir Nikol Paşinyanın həmin vaxt çıxış etməli olmasına baxmayaraq, iclas zalında olmaması olub.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasını təmsil edən deputatlar vəziyyətdən çıxış yolu kimi iclasın müvəqqəti dayandırılması barədə qərar qəbul ediblər.
Qeyd edək ki, Ermənistan parlamentində hazırda ölkənin 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabat müzakirə olunur.
Baş nazirin çıxışının iclasın gündəliyində mühüm yer tutduğu bildirilir. Onun zala qayıdışından sonra müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.