Zelenski Tramp və Rubio ilə görüşdən görüntülər paylaşdı
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammiti çərçivəsində ABŞ nümayəndə heyəti ilə keçirdiyi görüşdən fotoları sosial şəbəkə hesabında yayımlayıb.
Ajans.az xəbər verir ki, paylaşılan görüntülərdə Zelenskinin ABŞ Prezidenti Donald Tramp və ABŞ dövlət katibi Marko Rubio ilə görüşü əks olunub.
Ukrayna nümayəndə heyətini görüşdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov da təmsil edib.
Zelenski paylaşımına qısa şərh əlavə edərək, “Mövqeləri əlaqələndirmək həmişə vacibdir”, ifadəsini yazıb.
Görüşün G7 sammiti çərçivəsində keçirildiyi bildirilir. Tərəflər arasında hansı məsələlərin müzakirə olunduğu barədə hələlik ətraflı məlumat açıqlanmayıb.