Türkiyənin Kayseri vilayətində ardıcıl zəlzələlər baş verib.
Ajans.az xəbər verir ki, axşam saatlarından etibarən vilayətin Pınarbaşı rayonunda çoxsaylı yeraltı təkanlar qeydə alınıb.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) açıqlamasına əsasən, bölgədə ümumilikdə 62 zəlzələ baş verib.
Qeyd olunub ki, qeydə alınan ən zəif zəlzələnin maqnitudası 0,8, ən güclüsünün isə 3,9 olub.
İlkin məlumata görə, zəlzələlər nəticəsində insan tələfatı, xəsarət alanlar və ya hər hansı dağıntı qeydə alınmayıb. Səlahiyyətli qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır.