Reklam resmi
Reklam resmi

Uşaqlara sosial media QADAĞAN EDİLİR - bu ölkədə

Uşaqlara sosial media QADAĞAN EDİLİR - bu ölkədə
Dünya

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik vətəndaşların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır.

Ajans.az xəbər ki, bunu Böyük Britaniya Baş nazir Kir Starmer bildirib.

"Bu, mənim asanlıqla qəbul etdiyim bir qərar deyil və ödəməli olduğum heç bir bədəl olmadığını iddia etməyəcəyəm. Hökumət qərarlar qəbul etməlidir və mənə aydındır ki, tam qadağa düzgün seçimdir", - baş nazir bildirib.

Starmer əlavə edib ki, valideynlərdən dəstək alacağına əmindir. O, həmçinin sosial medianın gənclərin inkişafına zərərli olduğunu iddia edib.

Baş nazir qeyd edib ki, qanun 2026-cı ilin sonuna qədər qəbul edilə bilər. Onun 2027-ci ilin yazına qədər qüvvəyə minməsi gözlənilir.

Mövzular:
sosial media qadağa uşaq

Digər Xəbərlər