Reklam resmi
Reklam resmi

Bu ölkədə göydən balıq YAĞDI

Bu ölkədə göydən balıq YAĞDI
Dünya

Hondurasda baş verən güclü fırtınadan sonra sakinlər qeyri-adi təbiət hadisəsinin şahidi olublar. Belə ki, leysan yağışlardan sonra küçələrdə, həyətlərdə və əkin sahələrində yüzlərlə balıq aşkar edilib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki,balıqlar sözün əsl mənasında torpağın üzərinə səpələnib. Hadisədən sonra yerli sakinlər vedrə və müxtəlif qablarla küçələrə çıxaraq balıqları toplamağa başlayıblar.

Alimlər bu fenomenin dəqiq səbəbini hələ də tam izah edə bilmirlər. Ən geniş yayılmış nəzəriyyəyə görə, güclü qasırğa və ya su burulğanları çay və göllərdəki balıqları havaya qaldıraraq kilometrlərlə uzağa daşıya bilir. Digər ehtimala əsasən isə balıqlar daşqınlar nəticəsində yeraltı su hövzələrindən səthə çıxır.

Bununla yanaşı, yerli əhali hadisəyə daha mistik yanaşır. Onların inancına görə, bu fenomen XIX əsrdə bölgədə fəaliyyət göstərən ispan keşişi Manuel de Jesus Subirananın adı ilə bağlıdır. Rəvayətə görə, keşiş aclıqdan əziyyət çəkən insanlar üçün dua etdikdən sonra göydən balıq yağmağa başlayıb.

Qeyd edək ki, Hondurasın bəzi bölgələrində “balıq yağışı” adlandırılan bu hadisənin müxtəlif illərdə də müşahidə edildiyi bildirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Honduras Asiya balıq

Digər Xəbərlər