“Hitler” Almaniyanın MATÇINDA
2026-cı il Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən Almaniya–Kürasao qarşılaşması yalnız meydandakı nəticə ilə deyil, tribunadakı maraqlı görüntü ilə də gündəmə gəlib.
Ajans.az xəbər verir ki,vAlmaniya yığmasının 7:1 hesablı qələbəsi ilə başa çatan matç zamanı kameralara tribunada qeyri-adi görünüşə malik bir azarkeş düşüb. Həmin şəxs qısa müddət ərzində yayımda görünsə də, görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.
İstifadəçilər azarkeşin görüntüsü ilə bağlı müxtəlif şərhlər yazarkən, kadrlar qısa zamanda matçın ən çox danışılan məqamlarından birinə çevrilib.
Mövzular: