Reklam resmi
Reklam resmi

Bu ölkədə uşaqlara sosial media QADAĞASI

Bu ölkədə uşaqlara sosial media QADAĞASI
Dünya

Böyük Britaniyada 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət tətbiq ediləcək.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Keir Starmer açıqlama verib. O bildirib ki, müasir texnologiyalar uşaqların həyatının bütün sahələrinə nüfuz edib və hökumət bu vəziyyətə daha dözmək niyyətində deyil.

“Biz uşaqlara uşaqlıqlarını geri qaytarırıq”, – deyə Starmer vurğulayıb.

Daha əvvəl Britaniya mətbuatı hökumətin 2026-cı ilə qədər 16 yaşdan aşağı istifadəçilərin sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağı nəzərdən keçirdiyini yazmışdı. Məlumata görə, yeni qaydalar süni intellektlə işləyən çatbotlara da şamil oluna bilər.

Qeyd edək ki, sosial media istifadəsinə belə yaş məhdudiyyəti tətbiq edən ilk ölkə Avstraliya olub. Qaydalara əməl etməyən platformalar milyonlarla dollar məbləğində cərimələnə bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya sosial şəbəkələr

Digər Xəbərlər