Reklam resmi
Reklam resmi

Norveç Şahzadəsinin oğlu 4 il həbs cəzasına məhkum edildi

Norveç Şahzadəsinin oğlu 4 il həbs cəzasına məhkum edildi
Dünya

Norveç Tac Şahzadəsi Mette-Maritin oğlu Marius Borq Höybi təcavüz və digər cinayət əməllərində təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Höybi iki epizod üzrə təcavüzdə, eləcə də bir sıra digər cinayətlərdə təqsirli hesab olunub.

Norveç kral ailəsinin üzvü ilə bağlı istintaq 2024-cü ildə başlanıb. Araşdırma zamanı ona qarşı irəli sürülən ittihamların sayı artırılıb və iş genişləndirilib.

Marius Borq Höybi cinsi xarakterli zorakılıq ittihamlarını qəbul etməsə də, istintaq zamanı narkotik vasitələrin təsiri altında zərərçəkənlərdən birinə fiziki zorakılıq göstərdiyini etiraf edib.

Qeyd edək ki, Höybi Norveç taxtının varisi deyil. O, anası Mette-Maritin 2001-ci ildə Norveçin vəliəhdi Şahzadə Haakonla evlənməsindən sonra kral ailəsinin üzvü kimi tanınmağa başlayıb.

Bu iş son illərdə Norveçdə kral ailəsi ilə bağlı ən çox müzakirə olunan məhkəmə proseslərindən biri hesab olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Norveç Mette-Maritin Marius Borq Höybi

Digər Xəbərlər