Reklam resmi
Reklam resmi

Netanyahu Trampla təcili görüş keçirmək istəyir

Netanyahu Trampla təcili görüş keçirmək istəyir
Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla təcili görüş keçirməyə çalışır.

Ajans.az CNN-ə istinadən xəbər verir ki, Netanyahu Trampın Kanadada keçirilən G7 sammitindən qayıtmasından dərhal sonra onunla görüş təşkil etmək niyyətindədir.

Məlumata əsasən, İsrail hökumətinin başçısı görüş zamanı ABŞ və İran arasında aparılan nüvə danışıqları, eləcə də mümkün sazişlə bağlı Təl-Əvivin mövqeyini Amerika liderinə çatdırmağı planlaşdırır.

Qeyd olunur ki, Vaşinqton və Tehran arasında danışıqların davam etdiyi bir vaxtda İsrail rəhbərliyi prosesin nəticələri ilə bağlı narahatlığını gizlətmir.

Xatırladaq ki, Donald Tramp iyunun 14-də Benyamin Netanyahunu “çətin adam” adlandırmış və İsrailin hərbi addımlarının ABŞ ilə İran arasında yekun razılaşmanın əldə olunmasını təhlükə altına sala biləcəyini bildirmişdi. ABŞ prezidenti həmçinin vurğulamışdı ki, İranın nüvə silahına sahib olması İsrail üçün ciddi təhlükə yaradar.

Hazırda tərəflər arasında mümkün görüşün tarixi ilə bağlı rəsmi açıqlama verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp İsrail Benyamin Netanyahu Yaxın Şərq Livan

Digər Xəbərlər