Yaxta ilə katamara TOQQUŞUB: 3 nəfər ölüb
Xorvatiyanın Split şəhəri sahillərində katamaranla yaxtanın toqquşması nəticəsində Çexiyanın üç vətəndaşı həlak olub.
Ajans.az CTK xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Adriatik dənizində baş verib. Hadisə zamanı yaxtada və katamaranda xeyli sayda insan olub.
Çexiyanın Xorvatiyadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Ştepan Şantruçek ölkəsinin üç vətəndaşının ölümünü təsdiqləyib. Onun sözlərinə görə, daha bir neçə nəfər itkin düşüb.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
Mövzular: