Zelenski və Tramp G7 sammitində iştirak edəcəklər
Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski ilə Donald Tramp iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək G7 ("Böyük Yeddilik") sammitində iştirak edəcəklər.
Ajans.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd olunub ki, dəvət olunmuş liderlərin, o cümlədən Ukrayna Prezidentinin iştirakı ilə sessiyalar iyunun 16-na planlaşdırılıb. G7 ölkələrinin liderləri və Zelenskinin Rusiyanı müharibənin başa çatdırılmasına dair danışıqlara necə sövq etmək barədə ümumi yanaşmanı müzakirə edəcəkləri gözlənilir.
Mövzular: