Reklam resmi
Reklam resmi

Oman sahillərində tanker zədələnib

Oman sahillərində tanker zədələnib
Dünya

Oman sahillərində tanker naməlum mərmi ilə vurulub.

Ajans.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilib.

Mərmi gəminin burun hissəsinə dəyib.

"Ekipaj zərər çəkməyib və ətraf mühitə hər hansı bir təsir barədə məlumat verilməyib. Tanker

növbəti limana doğru kursunu davam etdirir. Hakimiyyət orqanları araşdırma aparır", - məlumatda qeyd olunub.

Mövzular:
oman tanker hücum

Digər Xəbərlər