Zelenski rus dili ilə bağlı qanun İMZALADI
Ukrayna Prezidenti Volodimir Zelenski rus dilini qorunan dillər siyahısından çıxaran qanunu imzalayıb.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Rus dili Ukraynanın Xartiyanın (Milli Azlıqların Dillərinin Qorunması üzrə Avropa Xartiyası) müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb", — deyə məlumatda qeyd olunub.
Mövzular: