Tramp İranla razılaşma xəbərlərini TƏKZİB ETDİ
ABŞ prezidenti Donald Tramp İranla imzalanmış müqavilə layihəsi ilə bağlı İran mediasında dərc olunmuş məlumatları yalan adlandırıb və bu məlumatların həqiqətə və yazılı şəkildə razılaşdırılmış şərtlərə uyğun olmadığını bildirib.
Ajans.az xəbər verir ki, Donald Tramp bu barədə Truth Social platformasındakı səhifəsində məlumat verib.
ABŞ prezidenti İran mediasının, o cümlədən razılaşma əldə etmək barədə iddialarının reallıqla heç bir əlaqəsi olmadığını aydınlaşdırdı. Tramp öz paylaşımında İranı Hörmüz boğazından çıxan Hindistan gəmilərinə dronlarla hücum etməkdə ittiham edərək, bunu tamamilə qəbuledilməz hesab edib.
Mövzular: