Rusiyada DƏHŞƏT: İmtahana görə özünü 27-ci mərtəbədən ATDI
Rusiyanın Ufa şəhərində 16 yaşlı yeniyetmənin çoxmərtəbəli binadan yıxılaraq həyatını itirdiyi bildirilir.
Ajans.az xəbər verir ki, bu barədə Baza teleqram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə yeniyetmənin riyaziyyat imtahanının nəticələri ilə tanış olmasından sonra baş verib. Bildirilir ki, o, 9-cu sinifdən sonra verilən imtahanda qeyri-müvəffəq qiymət alıb.
Hadisə nəticəsində yeniyetmənin cəsədi binanın yaxınlığında, yıxılma zamanı zədələnmiş avtomobilin yanında aşkar edilib.
Yeniyetmənin anası bildirib ki, oğlu imtahan nəticələrini ağır qarşılayıb və bu vəziyyətdən ciddi şəkildə təsirlənib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mövzular: