Reklam resmi
Reklam resmi

Bu ölkənin sabiq prezidentini HƏBS ETDİLƏR

Bu ölkənin sabiq prezidentini HƏBS ETDİLƏR
Dünya

Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yolu Şimali Koreya istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsi ilə bağlı iş üzrə 30 il müddətinə azadlıqdan məhrum edib.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, istintaq materiallarında Yun Sok-yolun Pxenyanın hava məkanına silahlı dronların göndərilməsi barədə göstəriş verdiyi bildirilir. Prokurorluq bu addımı 2024-cü ildə ölkədə hərbi vəziyyət elan etmək üçün zəmin yaratmağa yönəlmiş cəhd kimi qiymətləndirib.

Məlumata əsasən, sabiq prezident daha əvvəl də məhkəmə qarşısına çıxarılmışdı. Bu ilin fevralında o, 2024-cü ilin dekabrında dövlət çevrilişinə cəhdlə bağlı iş üzrə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Yun Sok-yol 2022–2025-ci illərdə Cənubi Koreyaya rəhbərlik edib. O, 2024-cü il dekabrın 14-də ölkədə hərbi vəziyyət elan etdikdən və Milli Assambleyanın binasına qoşun yeritdikdən sonra impiçment proseduru çərçivəsində vəzifəsindən uzaqlaşdırılıb.

İstintaq materiallarında həmçinin sabiq prezidentin parlament sədrinin, eləcə də hakim və müxalif siyasi qüvvələrin bəzi nümayəndələrinin saxlanılması barədə göstəriş verdiyi iddia olunur.

2025-ci ilin yanvarında Yun Sok-yol üsyan ittihamı ilə həbs edilib, həmin ilin aprelində isə Konstitusiya Məhkəməsi onun impiçmenti ilə bağlı qərarı qüvvədə saxlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Seul Cənubi Koreya Yun Sok-yolu Şimali Koreya

Digər Xəbərlər