Reklam resmi
Reklam resmi

Vuçiç prezident postunu TƏRK EDƏCƏK

Vuçiç prezident postunu TƏRK EDƏCƏK
Dünya

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən vaxtından əvvəl ayrılacağını istisna etmədiyini və gələcəkdə baş nazir postuna namizəd olmağı düşündüyünü bildirib.

Ajans.az xəbər verir ki, bu barədə Radio Belqrada müsahibəsində danışıb. Növbədənkənar seçkilərin mümkün tarixlərinə toxunan Vuçiç bildirib ki, onun prezident vəzifəsindən gedişi sürpriz olmamalıdır.

Serbiya liderinin sözlərinə görə, o, vəzifəsini “üç-dörd ay ərzində”, hətta daha tez tərk edə bilər. Vuçiç qeyd edib ki, artıq prezident administrasiyasındakı şəxsi əşyalarını toplamağa başlayıb.

“Prezident ofisimdən kitabları yığmağa başlamışam. Təxminən 500 kitabı qəbul edə biləcək dostlarımla danışmışam. Prezidentliyim dövründə ümumilikdə 1200-ə yaxın kitab toplamışam və onları hansısa quruma bağışlamağı planlaşdırıram”, – deyə o bildirib.

Vuçiç həmçinin baş nazir vəzifəsinə namizədliyini irəli sürməyi nəzərdən keçirdiyini və eyni zamanda öz yerinə yeni prezident namizədi axtardığını vurğulayıb.

Onun fikrincə, gələcək dövlət başçısı məsuliyyətli, savadlı, enerjili və dövlət idarəçiliyinin mahiyyətini yaxşı anlayan şəxs olmalıdır.

Qeyd edək ki, Vuçiç may ayının sonunda da mümkün istefası ilə bağlı açıqlama vermiş, lakin səlahiyyət müddətini süni şəkildə qısaltmaq niyyətində olmadığını bildirmişdi.

Aleksandar Vuçiç 2017-ci il mayın 31-dən Serbiya Prezidenti vəzifəsini icra edir. O, 2022-ci ildə ikinci müddətə yenidən seçilib. Hazırkı prezidentlik müddəti 2027-ci ilin mayında başa çatır. Serbiya Konstitusiyasına əsasən, bir şəxs ardıcıl olaraq iki müddətdən artıq prezident postunu tuta bilməz.

author picture
Leyla Bayandurlu
Mövzular:
Serbiya Aleksandr Vuçiç

Digər Xəbərlər