Braziliyada yeni körpü ÇÖKDÜ: XƏSARƏT ALANLAR VAR
Braziliyanın Akre ştatında istifadəyə verilmiş yeni körpünün çaya çökməsi nəticəsində dörd nəfər xəsarət alıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 5 iyun axşamı Sena Madureira bələdiyyəsində baş verib. İaku çayı üzərində yerləşən, iki zolaqlı avtomobil və piyada keçidi olan 230 metrlik körpü 2024-cü ilin əvvəlində istifadəyə verilib. Tikintinin ümumi dəyərinin 36 milyon real olduğu bildirilir.
Sakinlərin sözlərinə görə, son vaxtlar körpünün dayaq hissələrində çatlar müşahidə olunurdu.
Qəza zamanı körpü üzərində dörd nəfər olub. Onlardan biri – keçmiş hakim Ednaldo Muniz dos Santos hadisəni mobil telefonla canlı yayımlayırmış və körpünün keyfiyyəti ilə bağlı narazılıq bildirib. Az sonra konstruksiya qəfil çöküb.
Məlumata görə, Ednaldo Muniz dos Santos ağır xəsarət alıb və vəziyyəti ağır olaraq qalır. Onun qardaşı qol sınığı ilə xəstəxanaya yerləşdirilib. Digər iki nəfərdən biri işdən qayıdarkən körpüdən keçən 36 yaşlı Antonio Morais Lima Filho olub və o da ciddi xəsarətlər alıb. Digər yaralının vəziyyətinin daha yüngül olduğu bildirilir.
Yerli hakimiyyət orqanları körpüdə problemlərin əvvəlcədən məlum olduğunu və təhlükə səbəbindən obyektin istifadəsinin məhdudlaşdırıldığını açıqlayıb. Rəsmilər yaralı şəxslərin qadağaya baxmayaraq körpüyə daxil olduqlarını bildirirlər.
Şahidlər körpünün çökməsindən əvvəl güclü səs eşidildiyini deyi