Ermənistanda seçkilərin yenidən sayılması sabah başa çatacaq
Dünya
Ermənistanda seçki nəticələrinin yenidən hesablanması prosesi sabah başa çatacaq.
Ajans.az xəbər verir ki, iyunun 11-dən etibarən bir sıra rayon seçki komissiyalarında bəzi seçki məntəqələrində səslərin yenidən sayılması davam edir və proses canlı yayımlanır.
Qeyd olunur ki, 17 rayon seçki komissiyasına “Çiçəklənən Ermənistan”, “Birlik Qanadları” və “Ermənistan” bloklarının nümayəndələri və namizədləri tərəfindən ümumilikdə 30 şikayət daxil olub. Yenidən sayma ilə bağlı müraciətlər 555 seçki məntəqəsini əhatə edir.
Səslərin yenidən hesablanması rayon seçki komissiyalarının binalarında həyata keçirilir.
Seçki Məcəlləsinin tələblərinə əsasən, yenidən sayma prosesi 12 iyun saat 14:00-da başa çatmalıdır.